Vizyon, Missiya və Dəyərlər
SDL Nobel/Şirkət/Vizyon, missiya, dəyərlər

Vizyon, Missiya və Dəyərlər

Əsas fəaliyyətimizi, uğurlarımızı və inkişaf tarixçəmizi formalaşdıran prinsiplər.

Baxışımız

SDL Nobel LLC müxtəlif xidmətlər göstərməklə, xüsusilə neft və qaz hasilatı layihələri üzrə sürətli və səmərəli həllərin, fərdiləşdirilmiş layihələndirmə və əməliyyat xidmətlərinin aparıcı təchizatçısı olmağı qarşısına məqsəd qoyur.

Missiya

Məqsədimiz müştərilərimizin tələblərinə uyğun, fərdiləşdirilmiş və eyni zamanda iqtisadi cəhətdən səmərəli həllər təqdim etməkdir. Bu istiqamətlərə aşağıdakılar daxildir:

  • Polad konstruksiyaların və boru sistemlərinin istehsalı, hazırlanması, quraşdırılması və təmiri;
  • Mexaniki emal;
  • Səthin hazırlanması, rənglənməsi və izolyasiyası;
  • Təzyiq sınaqlarının keçirilməsi;
  • Zavod və istehsalat avadanlıqlarının icarəsi, təmiri, texniki xidməti, sınaqdan keçirilməsi və satışı;
  • Mühəndislik və layihələndirmə;
  • Lazer ölçmə, ölçü tədqiqatları və 3D skanerləmə;
  • Materialların idarə olunması: materialların qəbulu, yoxlanılması, sənədlərin/sertifikatların nəzərdən keçirilməsi və təsdiqi, inventar və anbar idarəetməsi.

Dəyərlərimiz

01

Təhlükəsizlik

Biz biznes fəaliyyətimizi ən yüksək sosial, ekoloji və təhlükəsizlik təcrübələrinə uyğun aparırıq. Biz yaxşı bir korporativ vətəndaş olmaq öhdəliyimizə sadiqik. Əməkdaşlarımızın sağlamlığına və təhlükəsizliyinə, obyektlərimizin və ətraf mühitin qorunmasına böyük önəm veririk.

02

İnsanlara yönəlik

Uğur hekayələrimizin əsas təkanverici qüvvəsi olan insanları ən dəyərli varlığımız hesab edirik. Əməkdaşlarımızın sağlamlığına və inkişafına böyük diqqət yetirməklə, biz mədəniyyətlərin, fikirlərin, bacarıqların və təcrübələrin müxtəlifliyini dəstəkləyən iş mühitinin yaradılması öhdəliyimizə sadiq qalırıq. Hər kəsin bərabər hüquq və imkanlara, yüksək dəyərlərə malik olduğu sağlam mühiti təmin edirik.

03

Bütövlük

Biz başqalarına və özümüzə qarşı dürüstük. Bütün biznes fəaliyyətimizdə ən yüksək etik standartlara cavab veririk. Söz verdiyimizi edirik. Məsuliyyətimizi tam anlayıb etdiklərimizə və etməli olub etmədikərimizə görə özümüzü cavabdeh bilirik.

04

Mükəmməllik

İş prinsipimiz və sistemlərimizin davamlı inkişafını dəstəkləyərək gördüyümüz işlərdə yüksək iş icrasının və əməliyyatların həyata keçirilməsində mükəmməlliyin təmin edilməsinə can atırıq.

05

İnnovasiya

Biz innovasiya əsasında olan inkişafı vacib hesab edirik. Qabaqcıl texnologiyaların və çevik iş görmək üsullarının üstünlüklərindən istifadə edərək rasional, risklər baxımından balanslaşdırılmış və bütün maraqlı tərəflərin dəyər verdiyi təşəbbüslərə yatırım edirik. Biz gəlir mənbələrini artırmaq və eyni zamanda ətraf mühitlə bağlı davamlı inkişafı təmin etmək məqsədilə yenilikçi həll yolları tətbiq edirik.