Qoruyucu Örtüklər

Qoruyucu Örtüklər

SDL Nobel istehsalat imkanlarının bir hissəsi kimi və sahədə göstərilən xüsusi xidmətlər vasitəsilə qoruyucu örtük həlləri təqdim edir.

Biz aktiv sahibləri və operatorlarla əməkdaşlıq edərək tələbləri qiymətləndirir və aktivlərin bütövlüyünü, bütün istismar dövrü ərzində effektiv fəaliyyətini və texniki xidmət tələblərini dəstəkləyən uyğun səth hazırlığı və örtük tətbiqi üsullarını müəyyənləşdiririk.

Səth hazırlığı üzrə imkanlarımız aşağıdakıları əhatə edir:

  • Əl ilə mexaniki səth hazırlığı

  • Açıq və qapalı dövriyyəli abraziv püskürtmə

Örtük tətbiqi üzrə imkanlarımız aşağıdakılardır:

  • Epoksi, alkid və uretan örtükləri

  • Bioyığılmaya qarşı və göyərtə örtükləri

  • Sürüşməyə qarşı plitələr və örtüklər

  • Şüşə lopalı (glass flake) örtük sistemləri

  • Epoksi, kömür qətranı və yağ əsaslı örtük sistemləri

  • Şişən (intumescent) və sement əsaslı sistemlər

Əsas İmkanlarımız

  • Səthin hazırlanması üzrə geniş çeşiddə üsullar

  • Müxtəlif üsullarla örtük tətbiqi imkanları

  • Xüsusi emalatxana və sahədə xidmət imkanları