
Emalat və Quraşdırma
Emalat və quraşdırma SDL Nobel-in əsas texniki imkanlarının əsasını təşkil edir.
Təcrübəmiz metal konstruksiyaların, yüksək təzyiqli axın xətləri də daxil olmaqla boru kəməri sistemlərinin, təzyiq qablarının, çənlərin və əlaqəli avadanlıq paketlərinin istehsalı və quraşdırılmasını əhatə edir.
Xidmətlərimizə daxildir:
Metal konstruksiya komponentlərinin istehsalı və quraşdırılması
Boru kəməri sistemlərinin komponentlərinin istehsalı və quraşdırılması
Karbon polad, xüsusi ərintili polad və şüşə liflə gücləndirilmiş epoksi materialların tətbiqi
Səthin hazırlanması və qoruyucu örtüklərin tətbiqi
Ölçü nəzarəti və lazer ölçmələri
İstehsal olunmuş materialların inspeksiyası
Təzyiq sınaqları
Emalat müəssisəmiz xüsusi istehsalat sahələri, körpülü kranlar, inspeksiya imkanları, təzyiq sınağı avadanlıqları, həmçinin qumlama və örtük tətbiqi əməliyyatları ilə təchiz olunub. Bu imkanlar işlərin istehsalatdan məhsulun göndərilməsinə qədər koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edir.
Qaynaq imkanlarımız aşağıdakı müxtəlif üsulları əhatə edir:
Əl ilə elektrik qövs qaynağı
Volfram inert qaz qaynağı
Qaz mühafizəli metal qövs qaynağı
Tozaltı qövs qaynağı
Təsdiqlənmiş qaynaq prosedurlarımız karbon polad, paslanmayan polad, dupleks, super-dupleks və digər xüsusi materiallar daxil olmaqla müxtəlif material və konfiqurasiyalar üzrə işlərin həyata keçirilməsini təmin edir.
Keyfiyyətə nəzarət və inspeksiya prosesləri istehsalat fəaliyyətimizin bütün mərhələlərinə inteqrasiya olunub. Bu proseslər vizual yoxlama, penetrant maye ilə sınaq, maqnit toz üsulu ilə inspeksiya, ultrasəs yoxlaması və radioloji yoxlama kimi üsullarla dəstəklənir.
Həmçinin, tətbiq olunan materiallara, qaynaq konfiqurasiyalarına və təsdiqlənmiş prosedurlara uyğun olaraq qaynaqdan əvvəl və sonra istilik emalı xidmətləri təqdim edirik.
Əsas İmkanlarımız
Müasir istehsalat müəssisələri
Geniş çeşiddə istehsalat üsulları
Təcrübəli qaynaqçılar və istehsalat mütəxəssisləri
Müxtəlif material növləri ilə işləmək imkanları
Təsdiqlənmiş qaynaq prosedurları və ixtisaslar
Əhatəli keyfiyyət təminatı sənədləşməsi